Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tramp onlarla ölkəni Qəzza ilə bağlı "Sülh Şurasına" qoşulmağa dəvət etdi

ABŞ prezidenti Donald Tramp 58 ölkənin liderlərini Qəzza ilə bağlı "Sülh Şurası"na qoşulmağa dəvət edib.

Bu barədə ABŞ rəsmisi "Axios"a bildirib.

Mənbənin sözlərinə görə, Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı "Sülh Şurası"nın işini Birləşmiş Millətlər Təşkilatının işi ilə müqayisə edəcək. "Şübhələnirəm ki, o, BMT-yə qarşı çıxdığı qənaətinə gələcək. Amma Donald Tramp çıxış edənə qədər ondan nə gözləməli olduğunuzu heç vaxt bilmirsiniz", - deyə rəsmi izah edib.

Best coffeeshop in Berlin