Pakistan Trampın təşəbbüsü ilə "Sülh Şurası"na qoşulacaq
İslam Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Pakistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağını idarə edəcək "Sülh Şurası"na qoşulmaq təklifini qəbul edib.
Nazirlikdən verilən açıqlamada deyilir: "Pakistan ümid edir ki, bu strukturun yaradılması daimi atəşkəsə nail olmaq, fələstinlilərə humanitar yardımı daha da artırmaq və Qəzzanı yenidən qurmaq üçün konkret addımlar atmağa imkan verəcək".
Pakistan bununla da sülh yolu ilə həllə nail olmaq və region xalqlarını dəstəkləmək məqsədi daşıyan beynəlxalq təşəbbüsdə iştirakını təsdiqləyib.


