Ermənistan "Sülh Şurasının Nizamnaməsi"ni ödənişsiz əsasda imzaladı
Ermənistan "Sülh Şurası Nizamnaməsi"ni ödənişsiz əsasda imzalayıb.
Ermənistan mediasının məlumatına görə, Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar üzvlük haqqı tələbi ilə bağlı müzakirələri şərh edərkən bunu bildirib.
" "Sülh Şurası Nizamnaməsi" maliyyə töhfələri ilə könüllü üzvlüyü nəzərdə tutur. ABŞ Prezidenti Tramp tərəfindən dəvət edilən ölkə Şuraya üç ilə qədər müddətə aydın şəkildə müəyyən edilmiş üzvlük haqqı olmadan qoşula bilər və bu müddətdən sonra müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər", - deyə o qeyd edib.
Badalyanın sözlərinə görə, Ermənistan hökuməti bu şərtlərlə "Sülh Şurası"na üzvlüyü təsdiqləyib.
XİN sözçüsü vurğulayıb ki, üzvlük haqqı könüllüdür və ölkə Nizamnaməsinin qüvvəyə minməsindən bir il ərzində daimi üzv olmaq arzusunu bildirərsə, təşkilata tətbiq olunur.


