Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçuların ölkə çempionatı davam edir 

Yanvarın 22-də Bakı Boks Mərkəzində kişi və qadınlar arasında startı verilən boks üzrə seçmə xarakterli Azərbaycan çempionatı davam edir. Çempionatın üçüncü günü 60, 65 və 80 kq çəki dərəcələrində keçirilən döyüşlərlə 1/8 final mərhələsinə yekun vurulub və bununla da 1/4 finalçılar müəyyənləşib. Bu çəkilərdə tanınmış boksculardan Məhəmmədəli Aşurəliyev, Ruslan Qədirov, Elburus Adıgözəlov, Ruslan Rustamov, Ümid Rüstəmov, Məhəmmədli Qasımzadə (hamısı 60 kq),Malik Həsənov, Maqsud Xasmetov, Zaur Qəhrəmanov ( hamısı 65 kq) və Murad Abdullayev (80 kq)  mərhələni uğurla başa vurub. 

Yanvarın 25-də 1/4 final mərhələnin 23 döyüşü keçiriləcək. Çempionata 28-də yekun vurulacaq. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111