"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib
UEFA Çempionlar Liqasının əsas mərhələsinin uğurla başa çatmasından sonra, Azərbaycan klubu "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1/8 finalda ya PSJ (Fransa), ya da Nyukasl (İngiltərə) ilə qarşılaşa bilər.
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla başa vuraraq 22-ci yerdə qərarlaşaraq yeni klub rekordu qırıb.
Pley-offun püşkatması yanvarın 30-da keçiriləcək.


