Azərbaycanda palçıq vulkanı püskürüb
30 yanvar yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanı püskürüb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, püskürmə vulkanın yaxınlığında yerləşən seysmik stansiyalar tərəfindən qeydə alınıb.
Mərkəzin Zəlzələ Ocaq Dinamikası Departamentinin məlumatına görə, püskürmə 13 dəqiqə davam edib və tək fazalı şəkildə baş verib. Ocaq dərinliyi təxminən 3 km olub və yayılan enerji 3,38 x 10⁶ coul olaraq qiymətləndirilir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



