Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AYDANI Qalereyasında “Abstract ol” adlı sərginin açılışı baş tutub +FOTO=73

31 yanvar 2026-cı il tarixində AYDANI Qalereyasında “Abstract ol” (“Abstrakt ol”) adlı sərginin açılışı baş tutdu.
Layihə müxtəlif yaradıcılıq istiqamətlərini və peşəkar hazırlıq səviyyələrini təmsil edən 30 rəssamı bir araya gətirdi. Sərgidə Rəssamlar İttifaqının üzvləri, İncəsənət Akademiyasının müəllimləri, akademik təhsilli peşəkar rəssamlar, eləcə də istedadlı həvəskar rəssamlar iştirak edirdilər.
Ekspozisiyada abstraksiya mövzusuna həsr olunmuş 32 əsər nümayiş etdirildi və sərgi üç hissəyə bölündü.
Birinci hissədə kətan üzərində yağlı və akril boya ilə işlənmiş, saf abstraksiyaya aid əsərlər təqdim olundu. Bu əsərlər predmet dünyasına istinad etmədən forma, rəng və emosional qavrayış üzərində cəmlənmişdi.
İkinci hissə abstraksiya elementləri ilə zənginləşdirilmiş predmetli sənət nümunələrindən ibarət idi. Limonlar, atlar və digər tanınan obrazlar abstrakt fon üzərində təsvir olunaraq xüsusi bir atmosfer yaradır və bədii ifadəni gücləndirirdi.
Sərginin üçüncü hissəsi müxtəlif texnikalarda hazırlanmış abstrakt sənət əsərlərinə həsr olunmuşdu. Burada qobelenlər, qarışıq və qrafik texnikalar, həmçinin şüşə, kağız və digər qeyri-standart materiallardan istifadə olunmuş işlər nümayiş etdirildi. Bu isə ekspozisiyaya eksperimental və çoxqatlı xarakter bəxş edirdi.
Sərginin açılışında sənətşünas, fəlsəfə elmləri doktoru Qalib Qasımov çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkür etdi, rəssamlara uğurlar arzuladı və bir il ərzində çoxsaylı maraqlı bədii layihələr həyata keçirən AYDANI Qalereyasının fəal və məhsuldar fəaliyyətini xüsusi qeyd etdi.
Tədbirdə, həmçinin Azərbaycan incəsənətinin korifeyi, rəssam Firdovsi Atayev çıxış etdi. O, abstraksiya üslubunun tarixi və xüsusiyyətləri haqqında ətraflı məlumat verdi, peşəkar müşahidələrini bölüşdü və gənc rəssamlara dəyərli tövsiyələr verdi.
Sərginin açılışını qalereyanın kuratoru, rəqəmsal rəssam və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı Sevil Kərimova apardı.
Qalereyanın direktoru, rəssam Aydan Məmmədova öz çıxışında layihədə iştirak üçün 200-dən çox, demək olar ki, 300-ə yaxın müraciət edildiyini, lakin ciddi peşəkar seçim nəticəsində ekspozisiyaya yalnız 30 rəssamın 32 əsərinin daxil edildiyini vurğuladı.
Qonaqlar və iştirakçılar üçün furşet təşkil olundu. Sərgini Azərbaycanın tanınmış rəssamları, incəsənət ictimaiyyətinin nümayəndələri və sənətsevərlər ziyarət etdilər.
Tədbir səmimi və yaradıcı ab-havada keçdi və saat 18:00-dan 20:00-dək davam etdi.

Sərgidə iştirak edən rəssamlar:

Nailə Əhmədova 
Tatyana Simonova
Şuayb Qaydarov 
Xalisa Salmanova
Samira Rəhimova
Raul Sadıqov
Günel Müxdəsənova
Aysel Məmmədli
Həbib Mədinə
Nərmin Təhmazlı
Kamran Nacafov
Esmira Xəlilova
Zümrüd Həsənəliyeva
Aytac Aydəmirova
Zəhra Atakişiyeva
Xanım Paşazadə
Alina Yusupova
Nigar Qasanlı
Ayla Rəcəbova
Nərmin İsmayıl Seyfullayeva
Aysel Rəcəbli
Leyla Əliyeva
Vüsalə Bəkirova
Nailə İsmayılova
Dinara İsmayılova
Soltanəli Səbzəliyev
İnara Nəzərli
Pərvin Məmmədova
Nisa Zargarli
Aydan Babayeva

Fotolar: Rüstəm Fərman

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99477 737 75 76 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20

+99450 331 11 11 

+99477 737 75 76

Best coffeeshop in Berlin