Türkiyə Epşteynin uşaq oğurluğu iddiaları ilə bağlı istintaqa başlayıb
Ankara Respublika Prokurorluğu, məhkum edilmiş pedofil maliyyəçisi və sutenyor Ceffri Epşteynin işində yeni sənədlərdə yer alan türk qızlarının qaçırılması iddiaları, eləcə də Türkiyə ilə bağlı digər məlumatlarla bağlı araşdırmaya başlayıb.
Bu barədə "Cümhuriyyət" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, araşdırma müxalifətdəki Yaxşı Partiyadan olan millət vəkili Turan Çömezin yanvar ayının sonlarında dərc etdiyi və yetkinlik yaşına çatmayan qızların Türkiyədən Epşteynin adasına aparıldığı iddia edilən yazıdan sonra başlayıb.


