Dünya çempionu əməliyyat olunub
Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü, dünya və Avropa çempionu adını daşıyan Ülvi Qənizadə cərrahiyyə əməliyyatına məruz qalıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çiynindən əməliyyat olunan dünya çempionu 1 aydan sonra fərdi, 3 aydan sonra kollektiv məşqlərə başlaya, 4-6 aydan sonra isə güləş meydanina çıxaraq yarışlara qatıla bilər.
AGF-nin rəsmi saytında deyilir: "Ulviyə Allahdan şəfa diləyir və onun tez bir zamanda yenidən güləş meydanına daha güclü dönməsini arzulayırıq".
İNTİQAM Məmmədov


