"AZERRAİL" evdə "Gəncə"ni üstələyib
Yanvarın 3-də kişi voleybolçulardan ibarət klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 12-ci tura start verilib. Turun ilk oyunu FHN-in Sağlamlıq İdman Kompleksində "AZERRAİL" ilə "Gəncə" arasında baş tutub. Görüş birincinin quru hesablı qələbəsi ilə bitib - 3:0 (25:15, 25:16, 25:13).
Bu gün isə eyni məkanda turun daha iki oyunu keçirəcək. Saat 16:00-da "Neftçi" - "Murov Az Terminal", saat 18:00-da isə "ORDU" - "Xilasedici" görüşü olacaq.
Yanvarın 5-də qadınların analoji yarışında oyunlara start veriləcək. Gün ərzində 3 oyun keçiriləcək. Oyunlardan ikisi Azərbaycan Voleybol Federasiyasının idman zalında, biri isə Tovuzdakı OİK-də baş tutacaq. AVF-nin zalında əvvəlcə "AZERRAİL" - "UNEC" (saat 16:00), ardından "Abşeron" - "Milli Aviasiya Akademiyası" (saat 18:00) oyunu keçirəcək. Tovuzda isə "Turan" - "Gəncə" (saat 17:00) qarşılaşması olacaq.
Yanvarın 6-da saat 15:00-da tura "Murov Az Terminal" idman zalında eyniadlı klubla "DH Volley" görüşü ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


