Qara Qarayevin əbədi yaşar xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib
3 fevral 2026-cı il Azərbaycan Dövlət Uşaq Filarmoniyası Qara Qarayevin əbədi yaşar xatirəsinə həsr olunmuş konsert proqramı keçirdib.
XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli bəstəkarı, pedaqoq, Azərbaycan və SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert baş tutub. Q.Qarayev dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Onun dərin məzmunlu, zəngin, milli gercəklik hüdüdlarından kənara çıxan, böyük ümumiləşdirmə qüvvəsinə malik musiqisi XX əsr ümumbəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir. Bəstəkarın "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri, "Don Kixot" simfonik qravürləri, III simfoniyası, skripka və orkestr üçün əsərləri musiqi salnaməsinin ən qiymətli səhifələridir. Q.Qarayev milli musiqimizə yeni məzmunla yanaşı müasir ifadə vasitələri, yeni janrlar gətirmişdir. Bəstəkar həm klassikaya arxalanır, həm də klassik ənənələri əsaslanaraq müasir məzmuna tabe edir.
Bu dəfə bəstəkarın əsərlərini Dövlət Uşaq Filarmoniyasının solistləri, Əməkdar müəllim, professor Gülnarə Acalovanın və Respublika və beynəlxalq müsabqələr laureatı Cəmalə Abdinzadənin sinfinin tələbələri ifa edib. Q.Qarayev ruhunu, abu-havasını öz ifalarında dərindən hiss edərək, dinləyicilərə çatdıra bilən ifaçılar hər bir əsərə böyük ustalıqla yanışıblar. Proqramda bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən, “İnsan məskən salır” kinofilmindən, “Çar kəndinin heykəli” fortepiano silsiləsi, romansları səslənib.
Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxaraq xatirə şəkli çəkdirib.


