Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc güləşçilərin ölkə birinciliyində daha 5 finalçı müəyyənləşib

Gəncə Olimpiya İdman Kompleksində 20 yaşlı (U-20) güləşçilər arasında yunan-Roma güləşi üzrə keçirilən Azərbaycan birinciliyi davam edir. Yarışların ikinci günü daha 5 çəki dərəcəsində (60, 67, 77, 87, 140 kq) finalçılar müəyyənləşib. Yalnız 87 kq çəkidə görüşlər dairəvi sistem üzrə keçirilib. Sabah bu çəkidə də həlledici görüşlər keçiriləcək.

 

60 kq-da: Maqsud Cankurtaran (AHİTA) - Nihat Bəhramov (UGİM-10);

 

67 kq-da: Roman Kərimov (DİN) -  Murad Əliyev (AHİİTA);

 

77 kq-da: Cavad Məmmədov (Neftçi) -  Cavidan Mehmətov (AHİİTA);

 

130 kq-da: Kazım Hüseyn (DİN) - Əli Bayramov (Sumqayıt, Təhsil).

Bu gün həm də yarışın ilk günü finala çıxan idmançılar arasında həlledici görüşlər də olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin