"Tunayın rəngarəng həyatı" adlı fərdi sərginin açılış mərasimi keçirilib (FOTO=71)
04.02.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Tunayın rəngarəng həyatı" adlı sərgi keçirilib.
Sərgi xüsusi diqqət və qayğıya ehtiyacı olan autizm spektrlı, 15 yaşlı Tunay Mirzəməmmədovaya həsr olunmuşdur.
Tədbirdə Tunay Mirzəməmmədova məxsus, onun yüksək istedadı ilə yaradılmış rəsm əsərləri nümayiş etdirilmişdir.
Mərkəzin müdiri Prof.Dr.Tarek Mohammad tədbirin açılışını edərək qonaqları salamladı.
Sərgidə Tunay Mirzəməmmədovanın müəllimi Esmiralda Tağızadə, “Əngəlsiz Musiqi” MMC sədri, Bakı Beynəlxalq Qadınlar Klubunun üzvləri, media nümayəndələri iştirak etmişlər.
Sərginin əsas məqsədi autizm spektrlı uşaqların yaradıcılıq potensialını nümayiş etdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.
Tədbirin sonunda Tunay Mirzəməmmədovaya Mərkəzin müdiri Prof.Dr.Tarek Mohammad tərəfindən təşəkkürnamə təqdim olundu.
Xeyransa İsmayılova,
Fotolar: Mahir Əhmədov
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23


