Qadın güləşçilərimiz "Zaqreb Open -2026"da
Fevralın 4-də Xorvatiyanın paytaxtı Zaqrebdə qadın güləşçilər arasında 2026-ci ilin ilk reytinq turnirinə - "Zaqreb Open"ə start verilib. Fevralın 8-dək keçiriləcək bu turnirdə Azərbaycan baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 7 idmançı ilə təmsil olunacaq.
Bu yeddilikdə Əsmər Cankurtaran, Elnarə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) yer alıb.
Daha bir həmyerlimiz Əli Babayevsə ölkəmizi hakimlər arasında təmsil edəcək.
İNTİQAM Məmmədov


