Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ Video-Foto İnformasiya Agentliyinin iki əməkdaşı Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin medalı ilə təltif olunub

04.02.2026-cı il tarixində AZpress.AZ Video-Foto İnformasiya Agentliyinin fotomüxbiri Mahir Əhmədov və baş redaktor Xeyransa İsmayılova Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof.Dr.Tarek Mohammad tərəfindən Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin medalı ilə təltif olunublar.

Bu şəxslər Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən tədbirlərdə göstərdikləri media dəstəyinə və bu sahədəki xidmətlərinə görə bu medala layiq görülüblər. 

Qeyd edək ki, Ali Təhsil Nazirliyi Misirin Nazirlər Kabinetinin bir hissəsidir və 1961-ci ildə yaradılmışdır.

Best coffeeshop in Berlin