Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Zelim Tckayev Fransada gümüş medal qazanıb 

Azərbaycan millisi bir dəst medalla "Böyük Dəbilqə"də üçüncü olub

Fransanın paytaxtı Parisdə cüdo üzrə keçirilən və Azərbaycanın kişi millisinin də iştirak etdiyi ilin ilk "Böyük Dəbilqə" turniri başa çatıb. Turnirin ilk günü olduğu kimi son gününu də millimiz üçün uğurlu hesab etmək olar. Belə ki, start günü 2 (1-0-1) medal qazanan yiqmamiz son gündə isə bir gümüş medal qazanıb və bununla da medalların sayı 3-ə çatıb (1-1-1). Son günün yeganə medalını yalnız həlledici final görüşündə yaponiyalı Yuhei Oinoya məğlub olan Zelim Tckayev (81 kq) qazanıb. Buunla da 26 yaşlı cüdoçumuz Fransa Dəbilqəsində iki il öncə nail olduğu nəticəni təkrarlayıb. Yeri gəlmişkən, cüdoçumuz finala gedən yolda əvvəlcə Çin səddini aşıb, ardından isə Böyük Britaniya, Tacikistan və Qazaxıstan təmsilçisini məğlub edib.

Xatırladaq ki, turnirin start günü Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb. Bununla da Azərbaycan turniri bir dəst (1-1-1) medalla başa vurub. Bu nəticə ilə kişi millimiz 78 komanda arasında ikinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.

Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan cudocular müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı qazanıb. Bu xallar İJF-nin elan edəcəyi reytinq cədvəlində özünü əks etdirəcək. Su hədsiz ki, medal qazanan cüdoçularımız reytinq cədvəlindəki mövqeləri yaxşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin