Türkiyə-Ermənistan sərhədindəki Əlican keçid məntəqəsinin bərpası son mərhələdədir
Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd keçid məntəqəsinin bərpası başa çatmaq üzrədir.
"Yeşil İğdır" qəzetinin məlumatına görə, İğdır valisi Fırat Taşolar 1993-cü ildən bəri bağlı olan Türkiyə-Ermənistan sərhədindəki keçid məntəqəsini ziyarət edərək, son mərhələdə olan yenidənqurma və təmir işlərini yoxlayıblar.
Vali və texniki heyəti sərhəd boyunca yerləşən binaları və keçid yollarını yoxlayıb, işlərin tezliklə başa çatacağını vurğulayıblar.


