İranda etirazçıları dəstəkləyən siyasətçilər saxlanılıb
Yanvar ayında İranda etirazçıları dəstəklədiklərinə görə bir neçə siyasi xadim həbs edilib.
Bəyanatda deyilir: "Tehran prokuroru yanvar ayında baş verən terror hücumlarını (İran hakimiyyəti bu hadisələri iğtişaş adlandırır - red.) absurd şəkildə ört-basdır etməyə çalışan və bununla da ölkənin təhlükəsizliyinə təsir göstərən siyasi və media hərəkatının üzvlərini ittiham edib".
Bundan əlavə, bu siyasi xadimlərin İsrail və ABŞ-ni dəstəklədiyi bildirilir.
Qeyd olunur ki, bunlara İran İslahat Cəbhəsinin keçmiş lideri Azər Mənsuri, keçmiş xarici işlər nazirinin müavini Möhsün Əminzadə və siyasi fəal və parlament üzvü (1988-1992) İbrahim Əsgərzadə daxil ola bilər. İbrahim Əsgərzadə siyasi karyerasının əvvəlində 1979-cu ildə Tehrandakı ABŞ səfirliyini ələ keçirən iranlı tələbələr qrupunun liderlərindən biri idi.


