16-ci tur liderlərin qələbəsi ilə bitib
4-8 fevral günlərində kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) sayca 16-ci olan turun oyunları keçirilib. Tur qrup liderlərinin qələbəsi ilə bitib. "A" qrupuna liderlik edən "Sabah" klubu "Neftçi" üzərində qələbə qazanıb - 98:79.
"B" qrupunun lideri "ORDU" isə "Naxçıvan" klubunu 3 xal fərqiylə üstələyib -95:92.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"A" qrupunda:
"Gəncə" - "NTD Baku" - 104:95;
"Şəki" - "Abşeron Lions" - 85:92.
"B" qrupunda:
"Quba" - "Sərhədçi" - 97:89;
"Sumqayıt" - "Lənkəran" - 102:77.
ABL-da növbəti turun (17-ci tur) oyunlarına fevralın 11-də start veriləcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



