Gül Rüstəmli - XəyaliGül:
EŞQİM
Məni bu dünyaya qərib eyləyib,
Ruhumu cismimdən ayıran Eşqim.
Gör, özüm-özümə yadlaşdım necə,
Dünyadan gözümü doyuran Eşqim.
Bircə "sən" yetərmiş sürgün olmağa,
Yurdumu viranə çevirən Eşqim.
Öz cismim içində didərgin salıb,
Məni mənliyimdən köçürən Eşqim.
Mənə məzar oldu sinəmdə ürək,
Köksümdə ürəyi dindirən Eşqim.
Sağ ikən ölməyi öyrətdib mənə,
Ölümü canıma sevdirən Eşqim.
Taleyə çevrildin qaçdığım anda,
Yolunu yoluma calayan Eşqim.
Bir addım yaxınıq, min addım uzaq,
Yaxınkən uzağı yaşayan Eşqim.
Mən səni Tanrıdan gizlədim bəlkə ?
Günaha savabı yamayan Eşqim.
Özünü həbs etdin mənim ömrümə,
Dünyada azadlıq arayan Eşqim.
Nə səndən şikayət qalar dilimdə,
Hərşeyi taleyə yozaram ,Eşqim.
Mən səni yaşadım canımdan artıq,
Canını canımda yaşaram ,Eşqim.
Gül Rüstəmli - XəyaliGül
29.01.2026
02:30


