Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kamandan oxatanlarımız AÇ-da iştirak edəcəklər

16-21 fevral günlərində Bolqarıstanın Plovdiv şəhərində kamandan oxatma üzrə Avropa çempionatı keçiriləcək. 6 gün davam edəcək  çempionatda Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, ölkəmizi bu qapalı məkanda keçiriləcək turnirdə Yaylagul Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürrəhmanova, Nilufər Ağammədli, Lalə İsmayılova, Yaqmur Qurbanlı, Sərdar Vəliyev, Məhəmmədəli Əliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov təmsil edəcək.

Reqlamentə gorə, iştirakçılar fərdi, komanda və qarışıq (mixed) yarışlarda mübarizə aparacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin