Qadın güləş millimiz beynəlxalq TMT-də
Fevralın 9-da Macarıstanın Tatabanya şəhərində qadın güləşçilər arasında beynəlxalq təlim-məşq toplanışına (TMT) start verilib. AGF -dən verilən məlumata görə, ev sahibi Macarıstan, Almaniya, Litva, Finlandiya, Yaponiya, Rusiya, Braziliya, Türkiyə, Estoniya, Rumıniya və İtaliya təmsilçilərinin iştirak etdiyi bu toplanışa Azərbaycan millisi də qatılıb. TMT-da ölkəmiz baş məşqçi əvəzi Toqrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 8 güləşçi ilə təmsil olunur. Bu səkkizlikdə isə, yaxın günlərdə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli "Zaqreb Open-2026"da iştirak edən Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimova (72 kq) yer alıb.
TMT fevralın 21-də başa çatacaq.
İNTİQAM Məmmədov


