Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-17 güləşçilərin yunan-Roma yarışı başa çatıb

Gəncə Olimpiya İdman Kompleksində 17 yaşlı güləşçilər arasında keçirilən yunan-Roma güləşi üzrə yarışlara fevralın 11-də daha 5 çəki dərəcəsində (48, 55, 65, 80 və 110 kq) baş tutan final görüşləri ilə yekun vurulub. Bu çəkilərdə Azərbaycan çempionu adını aşağıdakı güləşçilər qazanıblar:

48 kq: Ömər Salmanov (MOİK);

55 kq: Qurban Məcnunov (Neftçi);

65 kq: Orxan Həbibi (Neftçi);

80 kq: Ruslan Nuriyev (AHİİTA);

110 kq: Emin Baxşəliyev (UGİM-2).

Bir gün əvvəl isə Əli Cavadli (45 kq, UGİM-2), Abdurrahman Hüseynli (51 kq, ROİL, Nefty), Elmir Cərkəzov (60 kq, ROİL, Neftçi), Nadir Həsənov (UGİM-2) və Zöhrab Səfərov (92 kq, Neftçi) öz çəkisinin çempionu olub. 

Azərbaycan birinciliyinə 12-13 fevral günlərində sərbəst güləş üzrə keçiriləcək final görüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin