Sərbəst güləşçilər arasında ilk çempionlar müəyyənləşib
Gəncə Olimpiya İdman Kompleksində 17 yaşlı (U-17) yeniyetmə oğlanlar arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Azərbaycan çempionatı davam edir. AGF-dən verilən məlumata görə, yunan-Romaçıların ardından start götürən sərbəst güləşçilərin yarışında ilk 5 çəkidə (45, 51, 60, 71 və 92 kq) çempionlar müəyyənləşib.
45 kq çəki dərəcəsində Tunar Həsənov (Gəncə, AHİİTA), 51 kq-da İbrahim Həsənov (Gəncə, "Mywerdtling"), 60 kq çəkidə Vahid Məmmədov ("Mywerdtling"), 71 kq cəki dərəcəsində Tunar Quliyev (Gəncə, Neftçi), 92 kq-da isə Elgün Kərimli (Lənkəran) bütün görüşlərini qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıb.
Bu gün isə daha 5 çəkidə - 48, 55, 65, 80 və 110 kq çəki dərəcəsində finalçılar müəyyənləşib. Sabah bu çəkilərdə həlledici görüşlərlə Azərbaycan birinciliyinə yekun vurulacaq.
İNTİQAM Məmmədov


