Ağcabədidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 14-cü ili münasibəti ilə tədbir keçrilib +FOTO=17
Fevralın 13-də Ağcabədi rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü və Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon Təşkilatı, hüquq mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissənin komandirləri, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək Ulu öndərə hörmət və ehtiramlarını göstəriblər.
Çıxış edən rayon rəhbəri Rafil Hüseynov əlamətdar gün münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin kollektivini təbrik edib, onlara bundan sonralı peşə fəaliyyətlərində uğurlar aruzulayıb.
Bundan sonra xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə bir qrup əməkdaş Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunublar.
Sonda xatirə şəkilləri çəkilib.


