Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda könüllü qanvermə aksiyası keçirilib

 

Masallı rayonunda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində genişmiqyaslı qanvermə aksiyası təşkil olunub. 
Humanitar məqsəd daşıyan tədbir talassemiya xəstələrinə dəstək göstərmək və onların müalicəsinə töhfə vermək məqsədi daşıyıb.
Aksiya rayon icra hakimiyyəti, rayon mərkəzi xəstəxanası və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. 
Tədbirdə idarə və müəssisələrin əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri və rayon sakinləri böyük fəallıq nümayiş etdiriblər.
Qanvermə prosesindən əvvəl xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti yoxlanılıb. Onlardan qan analizi götürülərək donor kimi iştirak etməyə uyğun olub-olmadıqları müəyyən edilib və yalnız sağlam şəxslərin qan verməsinə icazə verilib.
Toplanan qan ehtiyatı talassemiya xəstələrinin müalicəsində istifadə olunacaq və bu nəcib təşəbbüs bir daha cəmiyyətin həmrəyliyini və sosial məsuliyyətini nümayiş etdirib.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin