Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avstriyalı xizəkçi Olimpiadadan kənarlaşdırıldı

Avstriyalı xizək tullanan Daniel Çofeniq 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Diskvalifikasiyaya səbəb onun ayaqqabı ölçüsünün 4 millimetr çox olması olub. O, finala vəsiqə qazanıb və təşkilatçılar bundan sonra ayaqqabılarını ölçüblər.

"Məşqlərdə yeni çəkmələrdən istifadə etdim, yeri gəlmişkən, onlardan çox da məmnun deyildim, amma onları saxladım. Təəssüf ki, sadəlövh idim və ölçüləri yoxlamadım. Bu, mənim tərəfimdən inanılmaz dərəcədə axmaqlıq idi. Amma qaydalar qaydadır", - deyə idmançı bildirib.

Olimpiya oyunlarında böyük təpə xizək tullanma finalı 14 fevralda baş tutub. Sloveniyalı Domen Prevc yarışı qazanıb.

Best coffeeshop in Berlin