Anna Hakobyan Nikol Paşinyanla nikahının pozulmasını elan edib
Fevralın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan vətəndaş nikahlarının bitdiyini elan etdi.
Hakobyan Facebook səhifəsində verdiyi açıqlamada bildirib: "Əziz həmvətənlərim, sizə bildirmək istəyirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım pozulub."
O, paylaşımda hər kəsdən məsələ ilə bağlı təmkinli və nəzakətli olmağı xahiş edib. O, əlavə məlumat verməyib.


