Elektron siqaret istifadəsinə görə cərimə aprelin 1-dən tətbiq oluna bilər
Qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə veyp çəkməyə görə 30 manat cərimə tətbiq olunacaq.
Bu, parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə veyp çəkməyə görə 1 apreldən etibarən 30 manat cərimə tətbiq olunacaq.
Qeyd edək ki, "Tütün və Tütün Məmulatları haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, 1 apreldən etibarən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunacaq.


