Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! növbəti seminarı keçirilmişdir +FOTO=6

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! Layihəsinin növbəti seminarı keçirilmişdir.
AZpress.AZ xəbər verir ki, layihənin əsas məqsədi Heydər Əliyev irsinin öyrənilməsi və onun banisi olduğu Konstitusiyanın vətəndaşların hüquq və azadlıqlarının, müstəqil dövlətçilik və demokratiyanın təminatı kimi gənclərə aşılamaqdır. 
Layihə üç ay müddətində Bakı şəhəri Binəqədi rayonunda həyata keçirilir. Layihəyə 150 nəfər gənc cəlb olunacaqdır. 
Seminarlarda Heydər Əliyev irsinin öyrənilməsi və onun yaratdığı Konstitusiyanın gələcək üçün bir təməl rolu olması gənclərə təbliğ ediləcəkdir. 
Növbəti seminar Sənaye və İnnovasiyalar üzrə BDPTM-də keçirildi. Tədbirdə çıxış edən mərkəzin direktoru Şaban Cəərçiyev, və digər natiqlər Binəqədi Gənclər Evinin metodisti Arzu Əlizadə, təşkilatın sədri Tünzalə Cavadova da Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında öz fikirlərini bölüşdülər. Bu seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. 
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.

Best coffeeshop in Berlin