Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ölkə Kubokunda yarımfinalçılar müəyyənləşib

18-19 fevral günlərində kişi basketbol klublarının mübarizə apardığı ölkə kuboku yarışlarında 1/4 final mərhələnin oyunları keçirilib. Bu mərhələdə keçirilən oyunlar arasında ən böyük hesablı nəticə "Sabah" - "Quba" matçında qeydə alınıb. Görüş birincinin 37 xal fərqli qələbəsi ilə bitib - 113:76. "ORDU" isə "Sumqayıt" klubunu 15 xal fərqiylə üstələyib - 93:74. Digər iki oyuna gəlincə, "Gəncə" "Neftçi"-ni 95:92, "Şəki" isə "Abşeron Lions"u 95:83 hesabla məyus edib.

Fevralın 20-də baş tutacaq yarımfinalda aşağıdakı cütlər qarşılaşacaqlar:

"Sabah" - "ORDU" və "Gəncə" - "Şəki". 

Kubok yarışlarına fevralın 22-də Bakı İdman Sarayında final görüşü ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin