Ülviyyə Fətəliyeva final seriyasına qələbə ilə başlayıb
"Landmark" Biznes Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı artıq finişə yaxınlaşıb. Fevralın 20-də çempionatda həm final oyunları seriyasına və eləcə də üçüncülük uqrunda oyunlara start verilib. Kişilərin final seriyasında qarşılaşan Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı ilk oyunda heç-heçəyə razılaşıblar - 0,5:0,5. Qadınların finalında isə Avropa çempionu adını daşıyan Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva üzərində qalib gələrək, hesabda irəli çıxıb - 1:0.
Üçüncü yer uğrunda görüşdə isə Aydın Süleymanlı Read Səmədovu məğlub edib - 1:0.
Qadınlarda isə Türkan Məmmədyarova ilə Gülnar Məmmədova ilk oyunda heç-heçəyə razılaşıblar - 0'5:0'5.
Fevralın 21-də isə eyni məkanda həm finallarda, həm də bürünc medal uğrunda ikinci partiyalar keçiriləcək.
İNTİQAM Məmmədov


