Basketbolçuların ölkə kubokunda finalçılar müəyyənləşib
Fevralın 20-də kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Kuboku uqrunda turnirin yarımfinal oyunları keçirilib və bununla da finalçılar müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, yarımfinalda "ORDU" klubunu 83:66 hesabla məqlub edən "Sabah" və "Şəki" üzərində 97:71 hesablı qələbə qazanan "Gəncə" klubu finala yüksəlib. Beləliklə, "Sabah"la "Gəncə" arasındakı həlledici fnal oyunu fevralın 22-də saat 17:00-da Bakı İdman Sarayında başlanacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



