Paralimpiyaçılarımız Belarusdan fərqləniblər
19-21 fevral günlərində Belarusun Brest şəhərində bu ölkənin Açıq Paraüzgüçülük Kuboku uqrunda beynəlxalq turnir keçirilib. Turnirdə müxtəlif kateqoriyalardan olan Azərbaycan təmsilçiləri də iştirak ediblər. AMPK-dən verilən məlumata görə, paraüzgüçülərimiz turnirdə ikisi qızıl, ikisi gümüş və biri bürünc əyarlı olmaqla 5 medal qazanıblar.
Qızıl medallar S12 kateqoriyasinda çıxış edən Roman Saleinin aktivinə yazılıb. Əvvəlcə 100 metr məsafədə sərbəst üsulla uzməkdə birinci olan (52,29 saniya nəticə) Roman, ardından kəpənək üsulunda da 100 metr məsafədə finişə birinci çatıb (59,17).
Qalan medallar isə yeniyetmə paralimpiyaçımız Əli Vəliyevin payına düşüb. 100 metr məsafəyə kəpənək üsulunda 1.03.10 nəticə ilə, ardından 200 metr məsafəyə qarışıq uzmədə 2.34.77 nəticə ilə ikinci yeri tutaraq gümüş medal qazanan Vəliyev sonda 400 metr məsafəni sərbəst üsulla 4.52.14 nəticə ilə üçüncü yerdə başa vuraraq, bürünc medal əldə edib.
İNTİQAM Məmmədov


