Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir Mərdanov:

Mənim ilk və ən böyük məsuliyyət sınaqlarımdan biri

1997-ci il fevralın 17-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdum. Həmin ilin fevralın 19-da, cəmi iki gün sonra, Heydər Əliyev Gürcüstanın o zamankı Prezidenti Eduard Şevardnadze ilə birlikdə Bakı Dövlət Universitetinə səfər etmiş, həmin gün ona universitetin fəxri doktoru diplomunu təqdim olunmuşdur.

Bu hadisə mənim üçün ilk və ən böyük məsuliyyət sınaqlarından biri olmuşdur. Həmin əlamətdar gündən 29 il keçir və bu gün də doğma universitetimdə fəaliyyətimi davam etdirməkdən böyük qürur hissi duyuram.

* * *

Əlövsət Ağalarov

Əziz və hörmətli Misir müəllim, siz hansı vəzifədə işləmisinizsə, ləyaqətlə işləmisiniz. Ulu Öndərimizə ən sadiq silahdaşlardan olmusunuz. Sadəliyiniz, dürüstlüyünüz dillərə dastan olmuş, ümumxalq məhəbbəti qazanmısınız. Əqidəsini dəyişənlərdən olmamısınız. Ulu Öndərimizin sizə etibar etdiyinin və siz də o etibarı doğrultduğunuzun dəfələrlə şahidi olmuşam. Cənab Prezidentimizə də o cümlədən, sədaqət və ehtiram göstərən az-az sabiqlərdənsiniz. Çoxu vəzifədən alınan kimi, dalda-bucaqda başqa şeylər danışanda, siz həmişə Heydər Əliyev kursuna sədaqətli qalacağınıza, Prezidentimizin müsəlləh əsgəri olacağınıza and içmisiniz. Kişinin mövqeyi dəyişməz! Siz məhz o kişilərdənsiniz!

 

Afet Huseynova

Çox hörmətli Misir müəllim!Sizə can sağlığı ishlərinizdə daha böyük uğurlar arzu edirəm!

 

Qədiməliyev Məhəbbət

Misir müəllim çox təşkilatçı iş bacaran özünə hörmət qazanan savadlı kişidir.Allah sizi qorusun Misir müəllim

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin