Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yığmamız Daşkəndə 19 cüdoçuyla gedəcək 

Fevralın 27-dən martın 1-dək Özbəkistanin paytaxtı Daşkənddə kişi və qadın cüdoçular arasında reytinq xarakterli "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz turnirdə 12-si kişi, 7-si qadın olmaqla 19 tatami ustası ilə 12 çəki dərəcəsində təmsil olunacaq.

Baş məşqçisi Riçard Trautman, böyük məşqçisi Elçin İsmayılov, Robert Kravcuk olan kişi millisinin heyətində Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nizam İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Hidayət Heydərov, Kamran Süleymanov (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətəliyev (90 kq), Zelim Kotsayev, Əjdər Baqirov (hər ikisi 100 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) yer alıb.

Baş məşqçi Amina Abdellaitf və böyük məşqçi İmamverdi Məmmədovun rəhbərlik etdiyi qadın yığmamızın heyətinə isə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Aydan Vəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) cəlb edilib.

Turnirdə daha bir həmyerlimiz - A kateqoriyalı hakim Nazım Umbayev də iştirak edəcək.

Yeri gəlmişkən, hər çəkidə ilk 3 yeri tutan cüdoçu aktivinə müvafiq olaraq 1000, 700 və 500 reytinq xalı yandıracaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin