Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zidan Hünbətovla Malik Həsənov da "Strandj" kubokunda mərhələ aşıb 

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı "Strandj" Kuboku davam edir. ABF-dən verilən məlumata görə, daha iki boksçumuz sözügedən turnirdə ilk döyüşünü qələbə ilə başa vuraraq mərhələ aşıb. Söhbət 55 kq çəki dərəcəsində çıxış edən Zidan Hünbətovla 65 kq-da rinqə çıxan Malik Həsənovdan gedir. Zidan 1/8 finalda erməni Jirayt Sarqsyani 4:0, Malik isə 1/16 finalda İtaliya təmsilçi Cakamo Canniottini 4:0 hesabla məqlub edib. 

Zidan fevralın 27-də 1/4 finalda ukraynalı Maksim Zimenkoyla döyüşəcək.

Malik isə fevralın 26-da 1/8 finalda erməni Artur Saakyanla üzləşəcək.

Bu gün daha bir boksçumuz Məhəmmədəli Aşurəliyev (60 kq) misirli Yazal Hussam Seyfellə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111