Gənc cüdoçularımız AK-da iştirak edəcəklər
Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku uğrunda turnir keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 23 ölkədən 522 cüdoçu medallar uğrunda yarışacaq. ACF-dən verilən məlumata görə, ölkəmiz bu turnirdə böyük məşqçi Saşa Herkenart-Vimarin rəhbərliyi altında 3 çəkidə 6 cüdoçu ilə təmsil olunacaq.
Bu altılıqda isə Çinarə Sadıqova, Fəridə Mirzəyeva, Aysun Məmmədova, Nuranə Hacızadə ( hamısı 52 kq), Vüsalə Hacıyeva (57 kq) və Hilgun Rzayeva (63 kq) yer alıb.
İNTİQAM Məmmədov


