Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub.
“Qaynarinfo”ya istinadən məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.
Nazirin müvafiq Əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.
O, Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



