Güləş üzrə U-15 birinciliyi Qazaxda təşkil ediləcək
11-14 mart günlərində Qazaxda ilk dəfə olaraq 15 yaşlı yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə seçmə xarakterli Azərbaycan birinciliyi keçiriləcək.
Yarış Qazax Olimpiya İdman Kompleksində təşkil ediləcək. Birinciliyi ölkəmizin beynəlxalq və milli dərəcəli hakimləri idarə edəcək.
Reqlamentə görə, hər çəki dərəcəsində ilk üç yeri tutan güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək.
İNTİQAM Məmmədov


