"Şəhid anası baş tacımızdır bizim" adlı yeni kitabının təqdimatı keçirilib +FOTO=22
Fevralın 25-i Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəşin yeni nəşrdən gələn "Şəhid anası baş tacımızdır bizim" adlı kitabının təqdimatı keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbir Abşeron Mərkəzi Kitabxanasında baş tutub. Tədbirdə şəhid Rüfət Mustafayevin, Tacəddin İsmayılzadənin, Elgin Abbaslının, Elçin Hüseynovun, Fəxrəddin Fərəcovun, Şəhriyar Qasımovun, Nicat Qarazadənin və Elmidar Səfərovun ailə üzvləri ilə yamaşı şairlər, müəllimlər və şagirdlər də iştirak ediblər.
Tədbir "Xocalı soyqırımı" ərəfəsinə təsadüf etdiyi üçün himin və bir dəqiqəlik sükutdan sonra Xocalı soyqrımı yad olunub, şairə Esmira Günəşin oğlu Elgün Abbaszadə anasının Xocalı haqqında yazdığı yeni şeirini səsləndirib.
Daha sonra qələbədən və zəfəri bizlərə qazandıran oğullardan söhbət açılıb, kitabda yer alan qəhrəmalar haqqında şeirlər səsləndirilib.
Tədbirin sonunda şairə Esmira Günəş şəhid ailələrinə və kitabxana fonduna kitablarını hədiyyə edib. Şairənin 5 yaşlı qızı Elay Abbaszadənin şəhid anaları üçün səsləndirdiyi şeir tədbiri daha da gözəlləşdirib. Xatirə şəkilləri ilə yekunlaşan tədbirdə maraqlı anlar yaşanıb.


