Boksçumuz Məhəmmədəli Aşırəliyev də "Strangja"nın 1/4 finalında
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı beynəlxalq "Strandj" Kuboku davam edir. Bu gün Azərbaycan yığmasının daha bir üzvü - Məhəmmədəli Aşurəliyev (60 kq) də ilk döyüşünə (1/8 final) çıxıb və qələbə qazanıb. O, ilk döyüşündə misirli Yazal Hussam Seyfeli mübarizədən uzaqlaşdırıb - 5:0.
Boksçumuz fevralın 27-də növbəti döyüşünü (1/4 final) ukraynalı Ayder Abdurrahimlə üzləşəcək.
Yeri gəlmişkən, bu gün Zidan Hünbətovla (55 kq q) Malik Həsənov (65 kq) da ilk döyüşünü qələbə ilə başa vuraraq növbəti mərhələyə keçib.
İNTİQAM Məmmədov


