Misir Mədəniyyət Mərkəzində BDU-nun tələbələri ərəb dili üzrə təcrübə proqramı keçəcəklər
Bu gün Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Redanın himayəsi altında BDU-nun fevral-may ayları ərzində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Ərəb dili üzrə təcrübə keçəcək 27 tələbəsi proqram üzrə qəbul edildi.
AZpress.AZ xəbər verir ki, proqrama əsasən, bu sahədə real təcrübə qazanmaq və analitik bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
Təcrübə proqramının məqsədi tələbələrə ərəb dilində mətnlərlə işləmək, yazılı və şifahi tərcümə bacarıqları qazandırmaqdan ibarətdir.


