Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Prezident Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycana başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib.

Prezident bununla bağlı X sosial media səhifəsində paylaşım edib.

"Xocalı soyqırımının 34-cü ildönümündə həlak olan azərbaycanlı qardaş və bacılarımızın xatirəsini şəfqət və dərin kədərlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Ağrısı qəlbimizdə əbədi qalacaq bu qeyri-insani hərəkəti heç vaxt unutmayacağıq", - deyə Türkiyə Prezidenti yazıb.

Best coffeeshop in Berlin