Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dubay turnirində insident yaşanıb

BƏƏ-nin Dubay şəhərində xard örtüklü açıq kortda tennis üzrə keçirilən və mükafat fondu 3,311.005 dolar təşkil edilən "Dubai Duty Free Tennis" turniri davam edir. Dünən turnirdə 1/4 final mərhələnin görüşləri keçirilib və bununla da yarımfinalçılar müəyyənləşib. Görüşlərdən birində təşkilatçılarla tamaşaçılar arasında insident yaşanıb. Söhbət rusiyalı raketka ustası Andrey Rublevlə (reytinq cədvəlində 18-ci) fransalı Uqo Umber (N37) arasında gedən görüş zamanı baş verən qalmaqaldan gedir. Qeyd edək ki, 2 saat 22 dəqiqə davam edən və Rublevin qələbəsi (6:4, 6:7, 6:3) ilə bitən qarşılaşmanın gedişində tribunada əyləşən və Rublevi dəstəkləyən bir uşaqla təşkilatçılar arasında insident yaşanıb. Təşkilatçılar üzərində, "Andrey, irəli! Sən hər şeyə qadirsən, biz səninləyik!" sözləri yazılan və Rusiya bayrağı olan plakatı əlində tutan uşaqdan onu cırmağı tələb ediblər. 

Yeri gəlmişkən, yarımfinala yüksələn Andrey bu mərhələdə hollandiyalı Tallon Qrikspurla qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin