Millimizin qrup rəqibləri müəyyənləşib
Mini-futbol üzrə keçiriləcək Avro-2026-nin seçmə qrup mərhələsinin püşkatma mərasimi baş tutub və bununla da 24 komandanın mübarizə aparacağı qruplar bəlli olub. AGF-dən verilən məlumata görə, son dünya çempionu adını daşıyan Azərbaycan millisi Fransa, İtaliya və Avstriya yiqmasi ilə birlikdə "F" qrupunda yer alıb.
Xatırladaq ki, Avro-2026-nin final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək. Final mərhələsində 16 komanda mübarizə aparacaq.
İNTİQAM Məmmədov


