Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi basketbol millimiz səfərdə İrlandiyanı üstələyib 

Dünən kişi basketbolçular arasında FİBA EuroBasket-2029-un ilkin təsnifat mərhələsinin oyunları çərçivəsində növbəti görüşlər keçirilib. Bu turnirdə iştirak edən Azərbaycan millisi səfərdə İrlandiyanın qonaqi olub. Dublindəki "National Basketbal Arena"da baş tutan oyunda millimiz minimal hesabla qalib gəlib - 75:76 (19:18, 18:23, 19:18, 21:17).

Matçın ən məhsuldar oyunçusu dəqiq atışları ilə özünün və komandasının aktivinə 20 xal yazdıran Vesli Van Berk olub. Millimizin heyətində forma geyinən Kamran Məmmədov işə 18 xalla yadda qalıb.

Ev sahiblərindən isə 18 xalla Flood fərqlənib.

Yeri gəlmişkən, millimiz növbəti matçını martın 2-də doğma divalar arasında Şimali Makedoniya komandasına qarşı keçirəcək.

Oyun saat 20:00-da Bakı İdman Sarayında başlayacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin