Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tiranada Azərbaycan finalı baş tutub 

Ziya Babaşov finalda Sakit Quliyevi xal prinsipi ilə üstələyib

Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Muhamet Malo" beynəlxalq turnir yunan-Romaçıların çıxışı ilə davam edir. AGF-dən verilən məlumata görə, turnirin dördüncü günü daha 4 güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da ikisi fəxri kursuyə qalxmağı bacarıb. Söhbət 63 kq çəki dərəcəsində döşək üzərinə çıxan Ziya Babaşov və Sakit Quliyevdən gedir. Maraqlıdır ki, hər iki güləşçimiz uğurla çıxış edərək finala yüksəlib və Tutanada Azərbaycan finalı yaranıb. Qarşılama 1:1 hesabla bitsə də ilk xal qazanmaq prinsipinə əsasən Ziya Babaşov turnirin qalibi adını qazanıb. Sakit Quliyev isə ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib.

Eyni gündə döşək üzərinə çıxan digər iki təmsilçimiz - Murad Məmmədov (63 kq) və Məhəmməd Şükürzadə (67 kq) isə turnirlə əliboş vidalaşıb. Elə startdaca (1/8 final) uduzan Muraddan fərqli olaraq, Məhəmməd bürünc medal uğrunda görüşdə büdrəyib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin