Nihat Məmmədli Tiranada Azərbaycan finalında qalib olub
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Muhamet Malo" turnirinə bu gün 55, 60, 72, 82, 97 və 130 kq çəki dərəcəsində çıxış edən yunan-Romaçıların final görüşləri ilə yekun vurulub. Turnirin son günü Azərbaycan yığması biri qızıl, ikisi gümüş əyarlı olmaqla, üç medal qazanıb. Günün diqqətçəkən məqami 60 kq çəkidə Azərbaycan finalının baş tutması olub. Çəkinin qalibi adını öz komanda yoldaşı Nihat Quluzadə üzərində ilk xal prinsipi ilə qalib gələn Nihat Məmmədli qazanıb.
Günün daha bir gümüş medalını 55 kq-da çıxış edən Rəşad Məmmədov qazanıb.
Bununla da Azərbaycanin yunan-Roma güləşi üzrə yığması Tirana turnirini 5 (2-3-0) medal və 128 xalla komanda hesabında birinci yerdə başa burub. İkinci yeri 95 xalla Qazaxıstan, üçüncü yeri isə 89 xalla İran tutub.
İNTİQAM Məmmədov


