Kişi basketbol millimiz evdə Şimali Makedoniyaya uduzub
Martın 2-də kişi basketbol komandaları arasında FİBA Eurobasketbol-2029-un ilkin təsnifat mərhələsində növbəti oyunlar keçirilib. Turnirin F qrupunda yer alan Azərbaycan millisi doğma divarlar arasında Şimali Makedoniya yiqmasini qəbul edib. Üç gün öncə İrlandiyanı səfərdə məğlub edən (76:75) millimiz evdə qrup liderinə qarşı oyunda məğlubiyyətlə üzləşib - 70:78 (28:19, 16:18, 12:21, 14:20).
Yeri gəlmişkən, millimiz liderə qarşı keçirdiyi ilk oyunda da uduzmuşdu - 49:87.
Baş məşqçi Anar Baxşıyevin yetirmələri Lüksemburq millisi ilə Bakıda keçirdiyi oyunda isə 90:95 hesabla uduzub.
Komandaların turnir cədvəlində vəziyyət aşağıdakı kimidir:
Komanda O Q M T/F X
Şimali Mak. 4 4 0 +67 8
Lüksemburq 3 2 1 +8 8
Azərbaycan 4 1 3 -50 5
İrlandiya 3 0 3 -25 3
İNTİQAM Məmmədov


